Bu da "Mercedes"in ilk elektrokarı - FOTO - VIDEO

Yeniliklər 6 Sentyabr 2018 21:47 Oxunub 1505
Bu da "Mercedes"in ilk elektrokarı - FOTO - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Batareyaların çəkisi 650 kiloqramdır

Mercedes-Benz şirkəti EQC adlı ilk seriya elektrokrossoverini təqdim edib. Elektrokar EQ subbrendinin ilk modelidir. Bu subbrend altında alman markasının ekoloji təmiz avtomobilləri buraxılacaqdır.

Mercedes-Benz EQC modelinin qabarit uzunluğu 4761 millimetr, eni - 1884 millimetr, hündürlüyü - 1624 millimetr, təkər bazasının uzunluğu isə 2873 millimetrdir. Beləliklə, EQC krossoveri GLC modelindən 105 millimetr uzun, 6 millimetr ensiz və 15 millimetr alçaqdır. Hər iki avtomobilin təkər bazası eynidir.

EQC modeli iki elektrik mühərriki ilə hərəkətə gəlir. Onlardan biri ön öxda, ikincisi isə arxa oxda yerləşdirilib. Mühərriklərin ümumi gücü 300 kVt (408 at qüvvəsi), fırlanma anı isə 765 Nm təşkil edir. Elektromotorlar 80 kilovat-saatlıq litium-ion batareyalarından qidalanır.

Batareyaların çəkisi 650 kiloqramdır. Onlar döşəmədə iki oxun arasında yerləşibdirlər. yerindən 100 km/saat həddinə krossover 5,1 saniyəyə sürətlənir. Elektrik krossoverinin maksimal sürəti elektronika tərəfindən 180 km/saat həddində məhdudlaşdırılıb.

Mercedes-Benz EQC modelinin yürüş ehtiyatı təxmini olaraq 450 kilometrdir. Qarışıq rejimdə elektrokar 100 kilometrə 22,2 kilovat-saat enerji sərf edir. Elektrikdoldurma stansiyasının növündən və gücündən asılı olaraq 40 dəqiqə ərzində elektromobilin batareyalarının 10-80 faizini bərpa etmək mümkündür. krossover effektivliyi sükanaltı dəstəklər vasitəsi ilə dəyişən rekuperasiya sistemi ilə də təchiz edilib. Sistem üçün cəmi beş rejim - avtomatikdən maksimal effektivliyə qədər, - nəzərdə tutulub. Sonuncu rejimdə  əyləc pedalından istifadə etməyə belə ehtiyac qalmır.

Eyni zamanda elektronika sürücüyə ən effektiv idarəetmə üslubunu da məsləhət görə bilər. Bu zaman sistem naviqasiya sisteminin məlumatları, sürət məhdudiyyətini və öndə gedən avtomobillər arasında məsafəni hesaba alır. Məsələn, yol enişə keçərsə sürücüyə akselerator pedalını buraxmaq məsləhət görüləcəkdir.

Bundan başqa, krossover səslə idarəetmə funksiyası olan MBUX multimedia sisteminə, elektron cihazlar panelinə, klimat-kontrolun uzaqdan idarə edilməsi və istənilən elektrikdoldurma stansiyalarından idtifadə etmək imkanına malik olacaqdır. (Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh