“iPhone X” və “Galaxy S9”lərlə alıcıları necə soyurlar? - 60%-Ə ÇATAN KREDİTLƏR

Maraqlı 6 Sentyabr 2018 22:51 Oxunub 2226
“iPhone X” və “Galaxy S9”lərlə alıcıları necə soyurlar? - 60%-Ə ÇATAN KREDİTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə bir sıra populyar telefonlar alıcıara yüngün avtomobil qiymətinə başa gəlir

Son günlər xaricdən gətirilən mobil telefonlara görə əlavə rüsumlar tətəbiq edilsə də, mağazalardan deyil, internetlə elefon alanların sayı azalmayıb. FED.az müəyyənləşdirib ki, bunun əsas səbəblərindən biri hətta bu rusumlardan sonra da telefonun internetdən alınmasının daha sərfəli olmasıdır.

 

Avtosfer.Az xəbər verir ki, Bakıdakı mobil telefon mağazaları və bu sahədə ixtisaslaşan məşhur şəbəkələr qacetləri, xüsusilə də bahalı variantları inanılmaz şərtlərlə təklif edirlər. Nəticədə bir sıra populyar telefonlar alıcıara yüngün avtomobil qiymətinə başa gəlir.

 

FED.az-ın müşahidələri göstərir ki, telefonların qiymətinin bahalı ilə yanaşı, onların kreditlə satışı zamanı da alıcılara ağır şərtlər təklif edir. Maliyyə savadlılığı aşağı olan və ya bu məsələyə ciddi yanaşmayan alıcılar isə  nəticədə böyük xərcə düşürlər. Belə hal özünü xüsusilə yeni buraxılan populyar modellər –«Samsung Galaxy S9+»və «iPhone X»lərdə daha tez-tez baş verir. Buna əmin olmaq üçün satış, xüsusilə lə kreditlə satış şərtləinə nəzərə salmaq kifayət edir. Beləliklə...

 

“Kontakt Home”mağazaları

 

 

«Samsung»un ən populyar modeli olan «Samsung Galaxy S9+»un “Kontakt Home”də nağd qiyməti 2000 manatdır (1999.99 manat yazılır). Bu telefonları nağd və ya 12-24 aylıq müddətə kreditlə almaq mümkündür. Əsl şok da kredit variantında yaşanır.

 

Deməli telefonu 12 aylıq kreditə götürəndə ilikn ödəniş kimi 400 manat, eləcə də 12 ay müddətində hər ay 177 manat ödənilməlidir. Ayıq ödənişlərin ümumi məbləği (12 X 177 manat) 2124 manatdır. Bundan başqa, telefon mağazalarında kreditlə satış zamanı tətbiq edilən «gizli faiz»lər – komissiya haqları da işə düşür. Bu – telefonun qiymətinin 5-8%-i qədər, yəni bizim misalda 100-160 manatdır. Nəticədə 1600 manatlıq hissənin (2 min manatın 400 manatını əvvəlcədən ödəmişdi) kreditlə ödənilməsi müştəriyə 2224-2284 manata başa gəlir. Bu rəqəmləri bank krediti şərtlərinə çevirəndə telefon kreditinin nə az nə çox, illik 66-71% dərəcə ilə satıldığı ortaya çıxır. Bu faizlərlə kredit verməyə Azərbaycanda heç bir bank cürət eləməz. Ümumilikdə isə telefon alıcıya 2624-2684 manata başa gəlir.

 

Gəlin baxaq, telefonu 24 aylıq müddətə kreditlə alanda nə baş verir: bu zaman həm ilkin ödəniş, həm də aylıq ödəniş 115 manat təşkil edir. İlk baxışdan əla şərtlər kimi göünür. Amma burada kreditə verilən məbləğ 1885 manatdır (2000 manat – 115 manat). 24 ay X 115 manat = 2760 manat üstəgəl 100-160 manat (5-8% ) komissiya haqqı. Nəticədə alıcı telefonun qiymətinin qalıq hissəsinin (1885 manat) ödənilməsi üçün mağazaya 2 860-2920 manat pul ödəyir. Başqa sözlə, bu telefon müştəriyə illik 44-46%-lə satılır. Son qiymət isə 2975-3035 manata çatır.

 

iPhone X 64GB

 

 

Mağazada «iPhone X 64GB» da təqribən həmin şərtlərlə satılır. Qacetin nağd qiyməti 2160 manatdır.

 

Bunu 12 aylıq kreditdə alanda ilkin ödəniş 448 manat, ayıq ödəniş 222 manat təşkil edir. Başqa sözlə, kreditə götürülən 1712 manata görə müştəri mağazaya 2664 manat (12 X 222 manat) ödəyir. 5-8%-lik komissiya haqqı isə 108-173 manatdır. Nəticədə müştəri mağazaya ilkin ödənişdən əlavə 2772-2837 manat ödəyir. Başqa sözlə, telefonun qiymətinin qalıq hissəsi müştərilərə illik inanılmaz 100-105% faiz dərəcəsi ilə satılır. İlkin ödənişi də əlavə etdikdə ümumilikdə «iPhone X 64GB» müştəriyə 3220-3285 manata başa gəlir.

 

«iPhone X 64GB»ı 24 aylıq kreditə aldıqda isə ilkin ödəniş 448 manat, aylıq ödəniş 144 manatdır. Başqa sözlə, kreditə götürülən 1712 manata görə müştəri mağazaya aylıq ödənişlər şəklində 24*144 manat=3456 manat, üstəgəl 108-173 manat komissiya haqqı, yəni 3564-3629 manat ödəyir. Bunu adi bank krediti kimi hesablayanda kreditin illik faiz dərəcəsi 83-86% arasında dəyişir. İlkin ödənişlə birlikdə isə telefon alıcıya 4012-4077 manata başa gəlir.

  

“Baku Electronics” mağazaları

 

“Baku Electronics”mağazalarında da «Samsung Galaxy S9+»un nağd qiyməti 1999 manatdır. Əsas xərclər telefonu kreditlə alanda başlayır. Belə ki, şərtə görə, 12 aylıq kredit üçün ilkin olaraq cəmi 8% və ya 160 manat  komissiyon haqqı ödənilir və telefonun öz nağd qiyməti aylıq 179.9 manat olaraq ödənilir. Əvvəlcədən ödənilən 160 manatı da yada salanda bu telefon müştəriyə 2320 manata (2160 manat + 160 manat) başa gəlir. Bütün bu prosesi klassik bank krediti modelinə çevirəndə 160 manatlıq ilkin ödənişlə kreditə götürülən məbləğ 1840 manat, ödənilən məbləğ 2160 manat alınır. Başqa sözlə, bu telefon müştəriyə illik 31%-lik kreditlə satılır.

 

iPhone X 64GB

 

“Baku Electronics”də «iPhone X 64GB»un nağd qiyməti 2 159 manatdır. Amma onu 12 aylıq kreditlə də almaq olar. Bu zaman ilkin ödəniş telefonun qiymətinin 30% və ya 648 manat olacaq. Bundan əlavə müştəri təqribən 134 manat (telefonun kreditqarışıq son qiymətinin 5,2% həcmində) komissiya haqqı ödəməlidir. Aylıq ödəniş isə 162,1 manat təşkil edəcək.  Son nəticədə, bu telefon müştəriyə 2727 manata başa gələcək. Telefonun nağd qiymətinin 2159 manat olduğunu, ilkin ödənişin 782 manat, qalıq məbləğin 1378 manat olduğunu nəzərə alanda, bütün bu prosesi ənənəvi bank kreditləri formasına çevirəndə məlum olur ki, telefonun qiymətinin qalıq hissəsi müştəriyə illik 69% kreditlə verilir.

 

«Optimal Electronics» mağazaları

 

«Optimal Electronics»də isə adı çəkilən modelləri 12 aylığa kreditlə götürmək olar. Kreditlə götürəndə malın qiymətindən əlavə 10% həcmində komissiya haqqı ödəmək lazımdır.

 

Başlayaq «Samsung Galaxy S9+»dan. «Optimal Electronics»da «Samsung Galaxy S9+»nin nağd qiyməti 1999 manatdır. 20%-lik ilkin ödənişlə kreditə götürəndə müştəri ilkin olaraq mağazaya 600 manat ödəyir (20% ilkin ödəniş + 10% komissiya haqqı). Yerdə qalan 1600 manat məbləğ 12 ay müddətində ayda 165 manat olmaqla ödənilir (cəmi 1980 manat). Nəticədə  «Samsung Galaxy S9+»nin 12 aylıq kreditlə alınması müştəriyə ümumilikdə 2580 manata başa gəlir. Bütün bu prosesi ənənəvi bank kreditlərinə çevirəndə - məhsulun qiyməti 2 min manat, ilkin ödəniş 600 manat, son məbləğ 2580 manat alınır. Deməli kreditə götürülən 1400 manat müştəriyə illik 69%-lə verilir.

 

«iPhone X 64GB»modeli isə «Optimal Electronics»da nağd 2159 manata satılır. Onu kreditlə almaq istəyənlər 50% ilkin ödəniş. Üstəgəl 10% komissiya haqqı ödənişi etməlidirlər. Beləliklə «iPhone X 64GB»i kreditlə almaq istəyən müştəri əvvəlcədən 1296 manat ödəyir (1080 manat + 216 manat). Qalan məbləğ isə 12 ay ərzində ayda 101 manat olmaqla ödənilir. Nəticədə bu  model müştəriyə ümumilikdə  2508 manata (1296 manat + 1212 manat) başa gəlir. Bu prosesi ənənəvi bank krediti modelinə çevirəndə 2160 manatlıq məhsulun 1296 manatı ilkin ödəniş edilir, qalan 864 manat isə kreditə verilir ki, bunun da müqabilində 1212 manat ödəniir. Hesablamalar göstərir ki, qalın məbləğ müştəriyə illik 69% kreditlə verilir.

 

Bankların yuxuda belə görməyəcəyi faizlər

 

Beləliklə, telefon mğazalarında müştərilərin böyük həvəslə aldıqları modellər kreditlə satılanda alıcılara inanılmaz faizlərlə təqdim edilir. Doğrudur, mağazalar bu vəsaitləri müxtəlif adlarla (ən çox yayılanı komissiya haqqı) tutduqlarına görə, ilk baxışdan onların faiz olduğu diqqəti cəlb etmir. Üstəlik, aylıq ödənişlər o qədər də böyük görünmür. Amma fakt-faktlığında qalır – müştəri götürdüyü kreditə aldığı telefonların qiymətinin ödənilməmiş hissəsinə görə, olduqca böyük faizlər ödəyir.

 

Belə faizlər – illik 51%, 69%, 72%, 100-105% - Azərbaycan bank sektorunun heç yuxusuna da girə bilməz. Ölkə bankları belə faizləri sonuncu dəfə 2007-2008-ci illərdəki «kredit bumu»nda görmüşdülər. Hazırda isə banklarda istehlak kredilərinin faizləri 19-36% arasında dəyişir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh