"Ford" 2 milyona yaxın avtomobilini geri çağırır

Avtoxəbər 7 Sentyabr 2018 09:45 Oxunub 1073
"Ford" 2 milyona yaxın avtomobilini geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2015-2018-ci illər buraxılışı olan bəzi "Ford F-150" tamölçülü pikap modelləri

ABŞ-ın "Ford" maşınqayırma şirkəti Şimali Amerikada 2 milyona yaxın avtomobilini geri çağırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat cümə axşamı istehsalçının saytına yerləşdirilib.

Press-relizə əsasən, geri çağrılan avtomobillər 2015-2018-ci illər buraxılışı olan bəzi "Ford F-150" tamölçülü pikap modelləridir.

Müvafiq qərar "Ford" tərəfindən aparılan araşdırmanın nəticəsində qəbul olunub. Avtomobil istehsalçısı müəyyən edib ki, maşınların ön oturacaqlarındakı təhlükəsizlik kəmərlərinin bəzi ilkin dartma cihazları istifadə zamanı yanğına gətirib çıxara biləcək həddsiz qığılcım mənbəyinə çevrilə bilər.

Hazırda şirkətdə bu problemlə bağlı 17 hadisə haqqında məlumat var. Problemlər ABŞ və Kanadada qeydə alınıb.

Geri çağırış ABŞ-da 1,6 milyon, Kanadada 339 min, Meksikada isə 36 min avtomobilə aid ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh