“Ferrari” Kimi Raykkonenlə yollarını ayırmağa hazırlaşır

Yarışma 7 Sentyabr 2018 11:14 Oxunub 1442
“Ferrari” Kimi Raykkonenlə yollarını ayırmağa hazırlaşır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hesabında 256 xal olan “Mercedes”in pilotu Lüis Hemilton ilk, Fettel isə 226 xalla 2-c yerdədir

İtaliyanın “Ferrari” komandası Kimi Raykkonenlə yollarını ayırmağa hazırlaşır. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu gün yeni mövsüm üçün namizədləri gözdən keçirəcək rəhbərlik 38 yaşlı finlandiyalı pilotla müqaviləni uzatmaq niyyətində deyil. 2019-cu il mövsümündə Sebastyan Fettelin başqa bir komanda yoldaşı olacağı bildirilir. Raykkoneni əvəzləməyə ən real namizəd kimi İsveçrənin “Sauber” komandasının pilotu Şarl Lekler göstərilir. Qeyd edək ki, Kimi Raykkonen 2007-ci ildən “Ferrari”də çıxış edir. O, cari mövsümdə geridə qalan 14 mərhələdən sonra 164 xalla 3-cü pillədə qərarlaşıb. Hesabında 256 xal olan “Mercedes”in pilotu Lüis Hemilton ilk, Fettel isə 226 xalla 2-c yerdədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh