Magisrtal yollarda YPX avtomobilin maketləri bizdə niyə yoxdur? - FOTO

Yol nişanları 7 Sentyabr 2018 13:58 Oxunub 11572
Magisrtal yollarda YPX avtomobilin maketləri bizdə niyə yoxdur? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şərti refleksi işə düşür və yarana biləcək təhlükənin qarşısı qismən də olsa alınır

Adətən yolda YPX avtomobili görəndə şərti sürücü refleksi işə düşür və avtomatik olaraq sürəti azaldırlar. Yəqin ki, avtomobil idarə edənlərin əksəriyyəti bunu bilir.

Buna görə də dünyanın bir çox ölkələrdə, hətta qonşu Türkiyə, İran və Gürcüstanda magistral yollarda YPX avtomobilinin maketi qoyulur.

Zahiri görünüşü ilə heç də həqiqi maşından seçilməyən bu vasitə ilə sürücülərin şərti refleksi işə düşür və yarana biləcək təhlükənin qarşısı qismən də olsa alınır.

Ümid edirik ki, ölkəmizdə də bu cür qurğular olacaq.

Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh