"Toyota" Yaponiyadakı 16 zavodunun işini dayandırır

Avtodünya 8 Sentyabr 2018 10:47 Oxunub 1427
"Toyota" Yaponiyadakı 16 zavodunun işini dayandırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sentyabrın 11-dən sonra müəssisələrin işinin bərpa olunması barədə qərar qəbul edəcək

Yaponiyanın iri "Toyota Motor" avtokonserni sentyabrın 10-dan məhsullarının tədarükündə yarana biləcək problemlər səbəbindən ölkə ərazisindəki 18 zavodundan 16-nın işini dayandıracaq.

Avtosfer.Az "Report"a istinadən bildirir ki, bu qərar sentyabrın 5-dən 6-na keçən gecə Hokkaydo adasında baş vermiş 6,7 maqnitudalı güclü zəlzələnin fəsadları ilə bağlıdır.

Bildirilir ki, təbii fəlakət nəticəsində Tomakomai şəhərində şirkətin ötürücü qutu hazırlayan zovodunun elektrik enerjisi ilə təchizatı dayanıb. "Toyota Motor" bunun Yaponiyada avtomobil istehsalına təsirini qiymətləndirməyi planlaşdırır və sentyabrın 11-dən sonra müəssisələrin işinin bərpa olunması barədə qərar qəbul edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh