Azərbaycanda alkoqolsuz şərab buraxıldı - YENİLİK 

Yeniliklər 8 Sentyabr 2018 12:48 Oxunub 1741
Azərbaycanda alkoqolsuz şərab buraxıldı - YENİLİK 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür

“Az-Qranata” MMC-nin Ağsudakı şirə və şərab emalı zavodunda Azərbaycanda ilk dəfə alkoqolsuz şərab emal olunur. Bu günlərdə həmin şərab növünün kütləvi istehsalına başlanılıb.

FED.a zxəbər verir ki, bu barədə MMC-nin direktor müavini, professor Vüqar Mikayılov məlumat verib. Bildirib ki, bu şərab alkoqollu şərabın vakuum aparatından keçirilməsi nəticəsində alınır.

Mütəxəssis alkoqolsuz şərabın müalicəvi əhəmiyyətindən danışaraq deyib:

“Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavonit və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır”.

Vüqar Mikayılov alkoqolsuz şərabın insan orqanizmi üçün daha bir əhəmiyyətini də diqqətə çatdıraraq bildirib ki, bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh