Alimlər 130 milyon il yaşı olan dinozavr skeletinin qalıqlarını aşkarlayıblar

Maraqlı 9 Sentyabr 2018 19:30 Oxunub 1072
Alimlər 130 milyon il yaşı olan dinozavr skeletinin qalıqlarını aşkarlayıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dinozavrın uzunluğu 7-10 metr olub

Çində alimlər tərəfindən aparılan qazıntılar nəticəsində 130 milyon il əvvələ aid dinozavr skeletinin qalıqları aşkarlanıb. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, Çinin şimalındakı Fıngning Man vilayətində tapılan skelet dinozavrın bud sümüyünün qalıqlarından ibarətdir. Parçalanmış vəziyyətdə aşkarlanan skelet üzərində aparılan araşdırmaya əsasən, dinozavrın uzunluğu 7-10 metr olub. Alimlər bu sümüklərin yeni bir növ dinozavra aid olduğunu ehtimal edirlər. Onlar qazıntı işlərini iki il davam etdirmək niyyətindədirlər. Qeyd edək ki, Fıngning Man vilayətində 2014-cü ildə də dinozavr qalıqları aşkarlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh