"Malakan bağı"nda nə baş verir? - Polis səliqə-səhman yaradır, sakinlər razılıq edir - VIDEO

Xəbərlər 11 Sentyabr 2018 12:37 Oxunub 2479
"Malakan bağı"nda nə baş verir? - Polis səliqə-səhman yaradır, sakinlər razılıq edir - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis həm "London taksi"lərinə, həm də digər sürücülərə şərait yaradıb

Səbail rayon Polis İdarəsinin əməkdaşları Rəsul Rza küçəsində - "Xaqani parkı" (keçmiş malakan) bağında əhalinin dincliyini, sürücülərin avtomobillə rahat hərəkətini təmin etmək üçün müəyyən addımlar atır. Avtosfer.az-ın apardığı araşdırma zamanı məlum olub ki, hazırda orada uzun illərdir taksi fəaliyyəti ilə olanlarla yanaşı, "London taksi"ləri də fəaliyyət göstərir. Xarici turistlər əsasən "London taksi"lərinə üstünlük verdiyi üçün aidiyyatı qurumlar həmin əraziyə 3 ədəd "London taksi"si göndərib. Lakin uzun illərdir orada taksi fəaliyyəti ilə məşğul olanlar bunu qəbul etmək istəmir və oranı şəxsi obyektləri kimi qəbul edirlər. Səbail rayon Polis İdarəsi həm "London taksi"lərinin, həm də digər taksi sürücülərinin orada normal xidmət göstərməsinə şərait yaradıb. Bununla parkın ətrafındakı sıxlıq da aradan qaldırılıb, parkinq qaydalarına nəzarət gücləndirilib. Yaradılan şərait piyadaların da rahat hərəkətinə imkan verir. Bütün bunlar qonaqların və ərazidə yaşayanların ürəyincədir.

Narazı taksi sürücüləri elə əvvəlki yerin yaxınlığında işlərini davam etdirirlər.

Onların adından yayılan müraciət Səbail polisinin nüfuzuna xələl gətirməyə yönəlib.

Qeyd edək ki, iki gün öncə isə bir qrup taksi sürücüsü Avtosfer.az-a müraciət edərək Səbail rayon Polis İdarəsinin Faiq adlı əməkdaşından şikayət ediblər. 14 taksi sürücüsünün imzası ilə daxil olan müraciətdə bildirilir ki, 30 ildir Səbail rayonu Rəsul Rza və Xaqani küçələrinin kəsişməsində, “Malakan bağı” deyilən ərazidə dayanıb taksi fəaliyyəti ilə məşğul olaraq ailələrinə çörəkpulu qazanırlar. Lakin Səbail RPİ-nin əməkdaşı Faiq İbrahimov guya taksi sürücülərini sıxışdıraraq onlardan qanunsuz tələblər edir. Taksi sürücüləri isə ailələrini güclə dolandırdıqlarını və onun tələb etdiyi pulu verə bilmədiklərini deyirlər. O da qeyd olunur ki, Faiq İbrahimov özünü Nəqliyyat Nazirliyinin əməkdaşı kimi təqdim edərək ərazidə taksi fəaliyyəti ilə məşğul olmağa bizə icazə vermir. Vəzifə səlahiyyətlərini aşaraq sürücüləri hədələyir və 5 ədəd “London” taksisini gətirərək onlardan müəyyən məbləğdə pul almaqla ərazidə işlədir. Sürücülər daxili işlər naziri  Ramil Usubova müraciət edərək polis əməkdaşının qanunsuz fəaliyyətinə son vermək barədə ölçü götürülməsini xahiş ediblər.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh