Bakı metrosunda qatarda nasazlıq yaranıb

Avtoxəbər 10 Sentyabr 2018 13:12 Oxunub 1218
Bakı metrosunda qatarda nasazlıq yaranıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda metroda qatarların hərəkətində problem yoxdur və intervaldakı gecikmə aradan qaldırılıb

Bakıda metroda qatarlardan birində nasazlıq yaranıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, hadisə bu gün saat 10:50 radələrində baş verib: ""İçəri Şəhər"-"Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda "Sahil" stansiyası ilə "28 may" stansiyası arasındakı tuneldə nasazlıq yaranıb. Nəticədə qatarlar arasında 10 dəqiqə gecikmə yaranıb. Dərhal hadisə yerinə köməkçi qatar göndərilib və nasaz qatar sərnişinlərlə birlikdə təhlükəsizlik qaydalarına əməl olunmaqla stansiyaya çatdırılıb". B.Məmmədov bildirib ki, hazırda metroda qatarların hərəkətində problem yoxdur və intervaldakı gecikmə aradan qaldırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh