Gecə yarısı yolda qalan sürücünün köməyinə yol polisi gəldi - FOTO

Yol polisi 10 Sentyabr 2018 14:25 Oxunub 5186
Gecə yarısı yolda qalan sürücünün köməyinə yol polisi gəldi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnspektor Mikayılov sürücüyə yanacaq almağa gedib və onu yolda qoymayıb

Daha bir yol polisi yolda qalan sürücüyə köməklik göstərərək onun mənzil başına çatmasına köməklik göstərib. Bu dəfə avtomobilin nasazlığı səbəbindən yolda qalan sürücü Avtosfer.az-ın əməkdaşı olub. Əməkdaşımız Təbriz deyir ki, gecə saat 1 radələrində Gəncədən Bakıya qayıdarkən həmin yolun 181-ci kilometrində (Kürdəmir rayonu ərazisində) avtomobildə qəfil nasazlıq baş verib və mühərrik işə düşməyib: “Buna səbəb isə yanacaq çənində yanacağın az olması olub. Gecə saatları olduğu üçün heç kim dayanıb köməklik etmədi. Həmin vaxt oradan Post Patrul Xidməti avtomobili keçdiyini gördüm və onu dayandırdım. Lakin onlar da köməklik göstərə bilməyəcəklərini bildirdilər. 

Bir neçə dəqiqə gözlədikdən sonra yolda hərəkət edən Kürdəmir postuna məxsus 99-YP-861 qeydiyyat nişanlı YPX avtomobilinin inspektoru polis serjantı Fuad Mikayılovmənim avtomobilimin nasaz olmasını görüb dayandı. Mən ona nasazlığı bildirdikdən sonra benzin gətirmək üçün qab tapdı və yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedərək yanacaq doldurub gətirdi. Benzini yanacaq çəninə dolduraraq mühərriki işə saldım. Bundan sonra yanacaqdoldurma məntəqəsinə kimi məni müşaiyət edərək təhlükəsizliyimi təmin etdi. Fuad Mikayılova dərin təşəkkürümü bildirərək yoluma düzəldim və onun sayəsində rahat şəkildə mənzil başına çatdım".

Bu cür diqqət və qayğıya görə bir daha Avtosfer.az adından BDYPİ-nin Yol-Patrul Xidməti Alayının, eləcə də Kürdəmir postunun rəhbərliyinə, serjant Fuad Mikayılova təşəkkürümüzü bildiririk.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh