Avtomobilinizi gəlib vursalar, müstəntiqin bu sözlərinə inanmayın

Yazarlar 10 Sentyabr 2018 16:16 Oxunub 4306
Avtomobilinizi gəlib vursalar, müstəntiqin bu sözlərinə inanmayın
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza törədən sürücü sığortasız olduğunu, maşında siqnal olmadığını və veteran olduğunu deyərək cəzasız qalıb

Sentyabrın 10-da, saat təxminən 9:50 radələrində Avtosfer.az-ın əməkdaşı Fuad Məmmədovun idarə etdiyi 10-UP-034 dövlət nömrə nişanlı “Mazda” markalı minik avtomobilini Kürdəmir sakini Elnur Məmmədovun idarə etdiyi 10-RL-561 nömrə nişanlı “Mercedes” markalı avtomobil vurub. Qəza yüngül olub, xəsarət alan olmasa da, F.Məmmədovun avtomobilinə zərər dəyib. Lakin qarşı tərəf iddia edib ki, qaydanı pozan məhz Fuad Məmmədov olub, ona görə də yol polisinin gəlməsini tələb edib. Yol polisi (YP-472) gəlib, qəzanın yüngül olmasını əsas gətirərək aldığı sənədləri sürücülərə qaytarmasını və “işin uzanmamasını” təklif edib. Elnur Məmmədov etiraz edib, müstəntiqin gəlməsini istəyib, ayağını göstərərək veteran olduğunu bildirib. Özünü təqdim etməyən müstəntiq gəlib. Bu barədə sürücü Fuad Məmmədov yazıb: “Müstəntiq gəldi. Özünü təqdim belə etmədi. Dedi, məsələnin necə olduğunu izah edin. Qarşı tərəf dedi ki, get kameradan bax, orada kamera var (TŞ3-089). Mən isə izah etdim ki, yolun sağ solağı ilə saatda 30-40 km sürətlə avtomobili idarə edirdim, sağa dönmə işığını yandırıb dayanacağa daxil olanda arxadan sürətlə gəlirdi, saxlaya bilmədi, dəydi. Müstəntiq sözümü kəsdi ki, təqsir səndədir. Dedim, kameraya baxın o halda. Dedi, kameraya ehtiyac yoxdur, mənim sözüm qanundur”.

Sonra müstəntiq də təklif edib ki, sənədləri qaytaraq, gedin. Qəza yüngüldür. Nəticədə müstəntiq sürücülərə təsir edib və sənədləri geri qaytarıb. Sürücülər heç biri qarşı tərəfə dəymiş zərəri ödəmədən ayrılıblar.

Fuad Məmmədov açıq qalan suallarını öz postunda yazıb:

1) Müstəntiq özünü müstəntiq, vətəndaşa xidmət edən kimi aparmırdı. Sanki küçə mübahisəsinə gəlmişdi. Niyə bunlara təlim keçilmir?

2) O haradan bilirdi ki, digər sürücü veterandır? Bəlkə heç deyildi? 

3) Niyə heç bir əsası olmadan təqsirin Fuad Məmmədovda olduğunu bildirib əgər tərəf saxlamırsa? (Kameraya baxdılar? Müşahidə edirdi kənardan?).

4) Niyə məsələnin tez bağlanmasına, özlərinin dediyi kimi, “süründürməçiliyə düşməməyə” maraqlıdırlar? Məgər bu, süründürməçilikdir? Öz qurduqları işlər süründürməçilikdir?

5) Müstəntiq deyir ki, məsələni bağlamasanız, gedəcəksiz Zığa, narkoloji dispanserdə analiz verməyə. Bu yolla sürücüləri razılığa gətirməyə çalışır?

6) Ümumiyyətlə, yoxlanılırmı müstəntiqlərin danışıqları? Mikrofonları olurmu? Sürücüylə adi danışıq qaydalarına riayət etmir, özünü apara bilmir. Məsələn, gəldi dedi ki, kameraya ehtiyac yoxdur, qanun mənəm, təqsir səndədir, işə mən baxıram.

7) Belə məsələlərdə müstəntiq nə səbəbə gəlir? Sürücüləri “barışdırmağa”? Yoxsa?

Sonda qeyd edək ki, “Mazda”nın sürücüsü heç bir dəymiş maddi zərərin ödənmədiyinə rəğmən, prosesin dayandırılması ilə razılaşıb. Səbəb o olub ki, belə müstəntiqin işi aparmasında obyektivliyinə şübhə edib, məsafə saxlamadığına görə qəza törədən sürücüyə güzəşt edib.

P.S. Elnur Məmmədovun avtomobilinin icbari sığortası olmayıb, səs siqnalı işləməyib, təhlükəsizlik kəmərinin yerini belə bilmədiyini fəxrlə bildirib, yoldaş müstəntiq!

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh