Bu ünvanlarda piyada keçidləri təşkil ediləcək - VİDEO

Yeniliklər 10 Sentyabr 2018 21:32 Oxunub 1168
Bu ünvanlarda piyada keçidləri təşkil ediləcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda hər iki ünvanda piyadaların pərakəndə şəkildə xaotik hərəkəti müşahidə edilir

Piyada təhlükəsizliyinin artırılması məqsədi ilə Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin Əlibəy Hüseynzadə küçəsi ilə kəsişmələrində nizamlanan piyada keçidlərinin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) aidiyyəti qurumlara təklif göndərib. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, müsbət rəy əldə edildikdən sonra qeyd edilən ünvanlarda nizamlanan piyada keçidləri təşkil ediləcək. Qeyd edək ki, hazırda hər iki ünvanda piyadaların pərakəndə şəkildə xaotik hərəkəti müşahidə edilir. Bu da piyadaların təhlükəsizliyini təmin etməyə imkan verməməklə yanaşı, həm də nəqliyyatın axınında ləngimələrə səbəb olur.

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh