London-Paris arası uçan taksi xidməti istifadəyə veriləcək

Maraqlı 11 Sentyabr 2018 18:04 Oxunub 1392
London-Paris arası uçan taksi xidməti istifadəyə veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İngiltərədən Edinburqa və ya Parisə getmək mümkün olacaq

Böyük Britaniyada yerləşən Vertical Aerospace şirkəti, 2022-ci ildə saatda 300 km sürətlə hərəkət edən avtomobillə taksi xidməti etməyi hədəfləyir. Kommersant.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin avtomobil modeli indi 160 km məsafədə səyahət edə bilir, lakin taksilər xidmətə daxil olana qədər 500 km məsafəyə çatdırmağı hədəflənir. Beləliklə, İngiltərənin paytaxtından ən çox istifadə edilən yol olan Şotlandiyanın paytaxtı Edinburqa və ya Fransanın paytaxtı Parisə getmək mümkün olacaq.

Şirkət inkişaf etdiyinə görə, dörd il ərzində lazımi icazələrin alınmasını planlaşdırır. "Biz aviasiyada inqilab edəcəyik. Şəhərin xaricindəki hava limanına getmək əvəzinə insanlar evlərinə çox yaxın yerlərdən uçuş edə biləcəklər " deyə şirkətin rəsmi nümayəndəsi bildirib.

Rolls Royce şirkəti iyul ayında oxşar dizaynı olan bir hava vasitəsini də təqdim etmişdi. Google-ın təsisçisi Larri Pey, Uber ilə yanaşı, bir təyyarə avtomobilinin konsepsiyasında da maraqlıdır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh