"Lukoil" tanınmış eksperti məhkəməyə verdi - 5 minlik təzminat davası - FOTO

Xəbərlər 11 Sentyabr 2018 16:35 Oxunub 3215
"Lukoil" tanınmış eksperti məhkəməyə verdi - 5 minlik təzminat davası - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanacaq çəninə yenə də tutumundan artıq benzin "vurublar"

"Lukoil-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Azad İstehlakçılar Birliyinin sədri, tanınmış ekspert Eyyub Hüseynovu məhkəməyə verib. BakuPost xəbər verir ki, buna səbəb ekspertin Nuranə Göktaş adlı sürücünün yanacaq doldurma məntəqəsi ilə bağlı şikayətini mətbuata ötürməsi olub. Belə ki, mart ayında N.Göktaş adlı xanım birliyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 6 ünvanında yerləşən "Lukoil” yanacaq doldurma məntəqəsində aldadıldığını bildirib. Qeyd edib ki, o, maşının çənini tam doldurub, buna görə ondan 56 manat pul alıblar. Sürücü operatora tam boş çənin 55 litr tutduğunu və bunun da dəyərinin 49,50 AZN etdiyini bildirib, artıq alınmış pulun qaytarılmasını tələb edib. Lakin ona "böyüklərdən heç kəs yoxdur” deyərək imtina ediblər.

E.Hüseynov qəbzi götürərək YDM-ə gedib, lakin problem yenə də həll olunmayıb. Bundan sonra birlik sədri şikayəti mətbuata ötürüb. "Lukoil” şirkəti buna görə E.Hüseynova qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi iddiası qaldırıb. Azad İstahlakçılar Birliyindən dəymiş mənəvi zərərin ödənilməsi üçün 5000 manat miqdarında təzminat tələb edilir. 

 

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

ARİF 11 Sentyabr 2018 16:59
Salamlar! Lukoil” Azərbaycanda hamını aldadır, sadəcə olaraq bu şirkəti baykot etmək, ondan qaçmaq lazımdır.