Kimi Raykkonen “Ferrari” ilə yollarını ayıracağını açıqlayıb

Yarışma 11 Sentyabr 2018 19:50 Oxunub 1353
Kimi Raykkonen “Ferrari” ilə yollarını ayıracağını açıqlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Görün, kim geri qayıdıb?! Növbəti 2 mövsümdə “Sauber” komandasında olacağam”

“Formula 1” piloti Kimi Raykkonen mövsümün sonunda İtaliyanın “Ferrari” komandası ilə yollarını ayıracaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə finlandiyalı pilot rəsmi "Instagram" hesabı vasitəsilə açıqlamasında bildirib. 38 yaşlı Raykkonen növbəti 2 mövsümü debüt etdiyi “Sauber” komandasında keçirəcəyini açıqlayıb: “Görün, kim geri qayıdıb?! Növbəti 2 mövsümdə “Sauber” komandasında olacağam. Hər şeyin başladığı yerə geri dönmək mənim üçün çox xoşdur”. Qeyd edək ki, Kimi Raykkonen 2007-ci ildən “Ferrari”də çıxış edir. O, cari mövsümdə geridə qalan 14 mərhələdən sonra 164 xalla 3-cü pillədə qərarlaşıb. Hesabında 256 xal olan “Mercedes”in pilotu Lüis Hemilton ilk, Sebastyan Fettel isə 226 xalla 2-ci yerdədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh