“Mercedes”dən şəhər üçün yeni layihə - FOTO

Avtoxəbər 11 Sentyabr 2018 22:33 Oxunub 2173
“Mercedes”dən şəhər üçün yeni layihə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təqdimat 19 sentyabr tarixinə planlaşdırılıb

“Mercedes-Benz” şirkəti ekosistem nəqliyyat sahəsində yeni təcrübələr aparmağa davam edir. Avtosfer.az “ölkə.az”-a istinadən xəbər verir ki, “Vision Urbanetic” almanların fikrinə görə ideal şəhər avtomobilidir. Bu isə sadəcə avtomobil yox, transformerdir. Yeni model ilə həm insanları, həm də yük daşımaq olar. 5.14 metr uzunluğu olan “Vision Urbanetic” həm insanları daşıyır, həm də yükləri çatdırır. Avtomobil elektrik enerjisi ilə hərəkət edir. 12 sərnişin tutumu var. Yük yeri isə 10 kub metrlikdir. “Vision Urbanetic” lazım olan yerdə lazım olan vaxtda olmalıdır. Bunun üçün isə “İT” infrastruktur və süni intellektlə çalışır. Bu isə şəhərdə nəqliyyat tələbatını öyrənən sistemdir. Təqdimat 19 sentyabr tarixinə planlaşdırılıb.

http://olke.az/uploads/1536672270/mert9.jpg

http://olke.az/uploads/1536672270/mert7.jpg

http://olke.az/uploads/1536672270/mert3.jpg

http://olke.az/uploads/1536672270/mert2.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh