Lekler “Ferrari”nin son 57 ildə ən gənc pilotu olacaq

Yarışma 11 Sentyabr 2018 21:11 Oxunub 1555
Lekler “Ferrari”nin son 57 ildə ən gənc pilotu olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Finlandiyalı pilot iki il müddətinə “Zauber”lə kontrakt imzalayıb

Növbəti mövsümdən “Ferrari”də çıxış edəcək “Zauber”in pilotu Moneqask Şarl Lekler 1961-ci ildən bəri İtaliya komandasının ən gənc pilotu olacaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, əvvəlki rekord 1961-ci ildə 20 yaşına keçmiş meksikalı Rikardo Rodriqesə məxsusdur. Bundan başqa, Moneqask karyerasında cəmi bir Qran-Pri olarkən Maranelloya köçən Jil Vilnevin zamanından bəri ən az təcrübəyə malik pilot olacaq. Leklerin “Ferrari” ilə kontrakt imzalaması xəbəri bu gün, sentyabrın 11-də yayılıb. Sənədin dəqiq müddəti açıqlanmır. Şarl komandada 2007-ci ilin dünya çempionu Kimi Raykkoneni əvəz edəcək. Öz növbəsində, finlandiyalı pilot iki il müddətinə “Zauber”lə kontrakt imzalayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh