Uçuş zamanı yatan pilot sərnişinləri şoka saldı

Maraqlı 12 Sentyabr 2018 09:59 Oxunub 1270
Uçuş zamanı yatan pilot sərnişinləri şoka saldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“O, yuxudan oyandı, uniformasını geyindi və pilot kabinəsinə daxil oldu”

“United Airlines” şirkətinə məxsus təyyarənin sərnişinləri pilotun adi geyimdə biznes-klassda yatdığını görüb və şoka düşüblər. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Daily Mail” məlumat yayıb. Laynerin komandiri Nyuarkdan (ABŞ) Qlazqoya (Şotlandiya) yeddi saatlıq uçuş həyata keçirən zaman yatmaq qərarına gəlib. Sərnişinlərdən biri pilotun şəklini çəkib. Şəkildə görünür ki, pilot adi geyimdə yatıb, onun forması isə yanındadır.  “O, yuxudan oyandı, uniformasını geyindi və pilot kabinəsinə daxil oldu”, - kişi deyib. O əlavə edib ki, pilot bir saat və ya saat yarım yatıb və bu hərəkəti qəbuledilməz adlandırıb. “İstirahət etmək istəyirdisə, bunu sərnişinlərin yanında etməzdi. ABŞ-a çox səfərlər etmişəm, ancaq belə bir şey görməmişəm”, - foto müəllifi deyib.

https://assets.oxu.az/uploads/W1siZiIsIjIwMTgvMDkvMTIvMDkvMzIvMTQvZmJjNWViMmMtNjhkZS00YjliLTljNTYtMjFmMzVjNzk2NjNkL0JCTjlzd04uanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM2UiXV0?sha=6a57893cb38816f9

ŞƏRH YAZ
Ad

E-mail

Şərh