Şəkidə yol polisi piyadaları maarifləndirir - FOTO

Yol polisi 12 Sentyabr 2018 12:22 Oxunub 1234
Şəkidə yol polisi piyadaları maarifləndirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu istiqamətdə tədbirlər davam etdirilir

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ)  Dövlət Yol Polisi bölməsi (DYPB)  hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbir keçirib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ŞRPŞ-nin Post Patrul Xidməti tağımından yol polisinə ezam olunmuş polis  əməkdaşları tərəfindən keçirilmiş xəbərdaredici  tədbir zamanı  piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, polis əməkdaşları tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi, nişanlar barədə ətraflı məlumat verilib,  piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçmələri tövsiyyə olunub. Gələcəkdə təkrar həmin qaydalara əməl etməzlərsə barələrində inzibati tənbeh tədbirlərinin nəzərdə tutulduğu onların diqqətinə çatdırılıb.

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh