Yol polisi "20 yanvar" dairəsini 5 dəqiqəyə "təmizlədi" - FOTO - VIDEO

Avtoreyd 12 Sentyabr 2018 13:51 Oxunub 7893
Yol polisi "20 yanvar" dairəsini 5 dəqiqəyə "təmizlədi"  - FOTO - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Ərazidə yol polisi əməkdalarının 24 ərzində dayanması vacib şərtdir"

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun rəhbərlik etdiyi qrup, eləcə də Yol Patrul Xidməti Alayının 8-ci tağımının əməkdaşları "20 yanvar" metrosu ətrafında "təmizləmə əməliyyatı" keçiriblər. 

Reyd zamanı dayanma-durma, parkanma qaydalarını pozan, qanunsuz olaraq sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, piyadaların və digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törədən sürücülər "20 yanvar" dairəsindən kənarlaşdırılıb. Qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olanlar barəsində müvafiq olaraq inzibati qaydada protokol tərtib olunub. Cəmi 5 dəqiqə ərzində ərazi təmizlənərək nəqliyyatın hərəkəti üçün normal vəziyyətə gətirilib.

Reyd barədə Avtosfer.az-a məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, ərazidə polis əməkdaşları olmayanda vəziyyət o qədər də ürəkaçan deyil. "Çox təəssüflər olsun ki, bu gün keçirdiyimiz reyd zamanı bir daha şahidi olduq ki, yol polisi əməkdaşlarının ərazidə 24 saat ərzində dayanması vacib şərtdir. Çünki polis əməkdaşı ərazidə olanda nəqliyyatın hərəkəti qənaətbəxş hesab edilir. Sürücü YPX əməkdaşlarını görməyəndə yenə də dayanma-durma qaydalarını pozur. 

V. Əsədov onu da əlavə edib ki, süni sıxlıq və tıxacların yaranmasına səbəb də məhz parklanma qaydalarının pozulmasıdır.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh