Yol polisi qayda pozan piyadalara qarşı maarifləndirici reyd keçirdi - FOTO - VIDEO

Avtoreyd 12 Sentyabr 2018 14:31 Oxunub 5197
Yol polisi qayda pozan piyadalara qarşı maarifləndirici reyd keçirdi - FOTO - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Bakı şəhərində 80-ə yaxın yeraltı və yerüstü piyada keçidləri var"

Bu gün Bakı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları "20 yanvar", "İnşaatçılar" metrostansiyası yaxınlığında, o cümlədən "3-cü mikrorayon dairəsi", "Şamaxinka", Qələbə meydanı kimi tanınan ərazilərdə yolu düzgün qaydada keçməyən piyadalara qarşı reyd keçirib. Reyd zamanı 70 piyadaya inzibati qaydada protokol tərtib olunub, 100-dən çox piyada ilə maarifləndirici söhbətlər aparılıb. Onlara yol hərəkəti qaydaları barədə məlumat verilib, piyadaların hüquq və vəzifələri izah olunub.

Reyd barədə Avtosfer.az-a məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Bakı şəhəri üzrə qeydə alınan yol nəqliyyat hadisələrinin təhlilinə nəzər saldıqda piyadaların vurulması ümumi hadisələrin 65 faizini təşkil edir. "Bu çox ciddi narahatçılıq doğurur. Odur ki, belə faktların qarşısının alınması üçün YPX əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilir. Lakin yeni tədris ilinin başlanması ilə əlaqədar daha effektiv və qabaqlayıcı tədbirlər görmək üçün təbliğat işinin gücləndirilməsinə start verilib. Bu gündən etibarən Bakı şəhəri ərazisində hərəkətin intensivliyi olan yerlərdə KİV nümayəndələrinin iştirakı ilə yol hərəkəti qaydalarını haqqında izahat və təbliğat işinin gücləndirilməsi məqsədilə reydlərə başlanılıb. Belə ki, dislokasiya üzrə təhkim edilmiş ərazilərdə xidmət aparan YPX əməkdaşlarının köməyi ilə təyin olunmayan yerlərdən keçən piyadalar saxlanılaraq onlara hüquq və vəzifələri izah olunur, eləcə də yol hərəkəti haqqında qanunun 40-cı maddəsinin müvafiq bəndləri onlara bildirilir. Eyni zamanda təyin olunmamış yerlərdən keçməyə görə İXM-nin müvafıq maddəsinə uyğun olaraq 20 və yaxud 40 manat məbləğində cərimə olunması barədə məlumat verilir."

V. Əsədov onu da əlavə edib ki, Bakı şəhərində 80-ə yaxın yeraltı və yerüstü piyada keçidləri var ki, piyadalar mütləq şəkildə ordan istifadə etməlidirlər. "Həmin ərazilər 150-dən çox polis əməkdaşının nəzarətindədir. Həmçinin bir daha qeyd edirik ki, piyadavurmaların təhlilinə nəzər saldıqda görürük ki, xüsusilə yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməyən şəxslər daha çoxluq təşkil edir. Odur ki, həm maarifləndirmə, həm də inzibati cərimə tətbiqləri olan reydlər davamlı olaraq keçiriləcək."

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh