2019-cu ildə yeddi Formula 1 festivalı keçiriləcək

Yarışma 12 Sentyabr 2018 20:56 Oxunub 1692
2019-cu ildə yeddi Formula 1 festivalı keçiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Belə festivallarda insanlar Formula 1 maşınlarını öz şəhərində görmək imkanı qazanırlar”

Keçən il Londonda təşkil edilmiş F1 Live şousunun uğurundan sonra "Liberty Media”da buna oxşar daha bir neçə hadisə olub. Bu il Şanxayda, Marseldə və Milanda oxşar festivallar uğurla keçirilib. Qarşıda daha bir yürüş şousu gözlənilir. Bu, Mayamidə olacaq.  Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, 2019-cu ildə Qran-Pri ərəfəsində düz yeddi festival keçirilməsi planlaşdırılır. Formula 1-in kommersiya direktoru Şoin Bratçes deyib: "Bu il biz dörd festival keçirmişik, gələn il isə ən azı yeddi festival keçirməyi planlaşdırırıq. Düşünürəm ki, gələcəkdə onların sayı daha çox olacaq. Bizim sponsorlarımızın, tərəfdaşlarımızın və yürüş promouterlərin mənafeyi naminə, azarkeşləri cəlb etmək üçün yetişmiş bazarların tədqiq olunmasına xeyli vaxt sərf etmişik. Məncə, belə festivallar idmanın bu növünün əfsanəvi gözəlliyini tamaşaçıya çatdırmağın ən yaxşı üsuludur. Belə festivallarda insanlar Formula 1 maşınlarını öz şəhərində görmək imkanı qazanırlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh