Yol polisi Bakıdakı taksi sürücüləri ilə bacara bilmir... - PROBLEM 
Yazarlar 12 Sentyabr 2018 20:33 497 dəfə oxunub
Yol polisi Bakıdakı taksi sürücüləri ilə bacara bilmir... - PROBLEM 
“Çörəkpulu qazanma, amma sən çörəkpulu qazanacaqsan deyə, digər sürücülər tıxacda gözləməlidir?”

Paytaxt Bakının küçələrində taksilərin sayı günü-gündən artır. Taksilərin belə sürətli şəkildə artması onlara tələbatla bağlıdır. Dünyanın bir çox yerində taksi fəaliyyəti ilə məşğul olanlar üçün xüsusi yerlər ayrılır, onlar yalnız həmin yerlərdə dayana bilərlər. Bakıda isə mənzərə tamamilə fərqlidir. Bir çox yerlərdə taksilər üçün yer ayrılsa, bunlat ya azlıq edir, ya da taksi sürücüləri qaydalara riayət etmək istəmirlər.  Paytaxda metrostansiyaların, restoranların qarşısında sıxlığın, tıxacın olması müşahidə edilir. Biraz irəlilədikdən sonra sonra görürsən ki, hansısa taksi sürücüsü dayanma-durmanın qadağan olunduğu yerdə maşın saxlayıb müştəri gözləyir. Taksi sürücüləri nə avtobus dayanacağında, nə yolun hərəkət hissəsində dayanmaqlarına əhəmiyyət vermədən fəaliyyətlərinə davam edirlər. Digər sürücülərin tıxacda qalması, avtobuslarda sərnişinlərin saatlarla yollarda olması onlar üçün maraqlı deyil, axı onlar pul qazanırlar...  

Bəs yol polisi bunları görmürmü?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, hazırda Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olanların sayı həddindən artıq çoxdur. “Paytaxtda bir çox yerdə avtobus dayanacaqları, piyada səkiləri və yolların hərəkət hissəsi taksi sürücüləri tərəfindən zəbt edilir. Xüsusilə “20 yanvar”, “Memar Əcəmi”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar dostluğu”, “Əhmədli” metrostansiyalarının qarşısında, Bilərəcəri yoxuşu və s. ərazilərdə yol polisi əməkdaşlarının gözə görünməməsindən istifadə edərək qaydaları kobud şəkildə pozurlar. Taksi sürücülərinin belə addımları narazılıq doğrurur. V.Əsədovun sözlərinə görə, yol polisi qaydaları pozan taksi sürücülərini cərimələyir. “Təbii ki, yol polisinin fəaliyyəti, əziyyəti nəzərə alınmaldır. Amma biz dövlət qarşısında funksional vəzifəmizi yerinə yetiririk. Təhlükəsizliyi təmin etmək bizim vəzifə borcumuzdur və hər bir hərəkət istifadəçinin də vəzifə borcu yol polislərinin qanuni tələblərini yerinə yetirməsidir. Bundan başqa, hər bir hərəkət istifadəçisi qanunda göstərilən funksional vəzifəsini bilməli və onu da yerinə yetirməlidir ki, heç olmasa özünün təhlükəsizliyi təmin olunsun”. V.Əsədov deyib ki, taksi fəaliyyəti ilə məşğul olanların nizam-intizamla fəaliyyəti qısa bir zamanda həllini tapacaq. “İki-üç il bundan əvvəllə müqayisə etsək, görərik ki, müsbətə doğru xeyrli irəliləmə var. Yol polisi qayda pozan taksi sürücüsün “çörəkpulu qazanıram” kimi bəhanələrini dinləyib, onların qayda pozmasına icazə vermir. Kimsə demir ki, çörəkpulu qazanma, amma sən çörəkpulu qazanacaqsan deyə, digər sürücülər tıxacda gözləməlidir? Sürücünün söylədiyi bəhanələr onu məsuliyyətdən azad edə bilməz. Əvvəllər bu daha çox idi. Bəzi yerlər var ki, mübarizə tədbirlərinin artırılmasında hərkəs məsuliyyətini artırmalıdır. Yol polisi qanunsuz yerlərdə avtomobillərini park edən sürücülərə qarşı mübarizəni davam etdirəcək. Taksi sürücüləri də dərk etməlidirlər ki, onlar əziyyətlə pul qazanırlar, qazanclarını niyə cərimələrə versinlər”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh