Ziya Məmmədov özünə 270 minlik maşın aldı - Audi - A8

Avtoxəbər 13 Sentyabr 2018 11:54 Oxunub 3174
Ziya Məmmədov özünə 270 minlik maşın aldı - Audi - A8
WhatsApp kanalımıza abunə ola bilərsiniz
99-AA-558 nömrəli avtomobili sürücüsü idarə edir

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə bahalı avtomobil alıb. Avtosfer.az unikal.org-a istinadən xəbər verir ki, Ziya Məmmədov qiyməti 268 min manat olan "Audi A8 Premium" maşını alıb. Dövlət qeydiyyat nişanı 99-AA-558 olan avtomobili onun işlədiyi dövrdə sürücüsü olan şəxs idarə edir.

Qeyd edək ki, keçmiş Nəqliyyat Naziri hakimiyyətdə olan məmurlarla münasibətlərini yenidən yaxşılaşdırmağa başlayıb. Belə ki, Ziya Məmmədovun son günlər "yuxarı dairə"lərdə olan rəsmilərin xeyir və şər işlərində iştirak etdiyi bildirilir. Bununla o, itirilmiş mövqelərini bərpa etmək niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh