"Qoy "Lukoil" məni də məhkəməyə versin" - Razi Nurullayev

Yazarlar 13 Sentyabr 2018 11:53 Oxunub 2820
"Qoy "Lukoil" məni də məhkəməyə versin" - Razi Nurullayev
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu kimi oğru şirkətlərdən uzaq dursunlar və hüququ müstəvidə onların cəzalandırılmasına nail olsunlar

"“Lukoil – Azərbaycan” şirkəti Azad İstehlakçılar İctimai Birliyini (AİİB) məhkəməyə verəcəyini bildirib. Söhbət bu şirkətin yanacaqdoldurma məntəqələrində sürücüləri aldatmasından gedir". Avtosfer.az xəbər verir ki, bu sözləri AXCP sədri Razı Nurullayev öz "Facebook" səhifəsində yazıb. O, bildirib ki, bu məlumat 100 faiz doğrudur.

"Bu barədə mən də dəfələrlə çıxış etmişəm. Ən azı bu hadisə xatırladığım 4 dəfə başımıza gəlib. Bir dəfə "Şamaxinka" deyilən ərazidə olan məntəqədə, 20 manatlıq benzin vurduran zaman, benzin çəninin əqrəbinin qalxmadığını gördüm. Çəndən şlanqı çıxarmaq istəyən zaman tez xəbərdarlıqla onu saxladıq və dedik ki, əminsən ki, benzin vuruldu? Göstəriciyə baxıb dedi ki, "atıb". Yəni, aparat avtomatik dayanıb. Bu məsələni onlarla sürücü də mənə danışıb."

R. Nurullayev bildirib ki, eyni biabırçılıqlar Cəfər Xəndan küçəsində, "İstanbul evləri" deyilən ərazidə qoşa məntəqələrdə də dəfələrlə baş verib. "Sonuncu dəfə isə "Toyota Corolla" avtomobilinə dolu çən sifariş verdik, heç işığı da yanmırdı. Mən telefonla məşğul idim, rolda həyat yoldaşım idi. Gördüm yoldaşım çaşbaş qalıb, elə bil məni tok vurdu. Dedim 78 manat? Üzümdə və səsimdə elə qəzəb işarəsi var idi ki, o da özünü itirdi. Avtomobildən endim, dedi ki, üzr istəyirəm, yanlış dedim, 68 manat, yox-yox, 66 manat. Dedim ki, müdürünü çağır. Kimsə, adını xatırlamıram, yaxınlaşdı və elə onun da üzündən hiyləgərlik yağırdı. O da düzəltdi: 62 manat. Açığı gördüm ki, mübahisə etmək həyat yoldaşıma pis təsir edir və öz əsəblərimi də qorudum. Amma, hər dəfə bu barədə yazmışam, demişəm, mətbuat vasitəsilə müraciət etmişəm ki, bu şirkət oğurluqla məşğuldur. Bu barədə axtarış versən onlarla məqalə çıxır. Şirkət niyə bir əncam çəkməyib? Əgər bu xırda işçilər səviyyəsində baş versəydi, çoxdan həll olunardı. Bu köklü və əsalı bir korrupsiya faktı və vətəndaşların cibinə girib oğurluq etmə faktıdır. Təəccüblənirəm ki, niyə aidiyyatı dövlət orqanları bu faktlara qarşı araşdırma aparmayıblar, mətbuat yazılarına və açıqlamalara reaksiya verməyiblər?"

Partiya sədri bütün vətəndaşları ayıq-sayıq olmağa, öz haqlarını bu cür şirkətlərə yedirtməməyə çağırıb. "Bu məsələ gündəmdə olmuşkən, başınıza gələnlərlə bağlı siz də yazın, danışın və yazanları müdafiə edin. "Azad İstehlakçılar" İB-ni müdaifə edin. Yeri gəlmişkən, digər yanacaqdoldurma mənətəqələrində başınıza gətirilən oyunları da yazın. Yalnız bu şirkət deyil, digərlərində də belə faktlar var. Sığorta şirkətlərini də ifşa edin, onlar sizin ciblərinizə girib oğurluq edir. Belə şirkətlərdən biri olan "Atəşgah" SŞ-ni ifşa etməkdə davam edirəm. Siz də edin və hər kəsi məlumatlandırın ki, bu kimi oğru şirkətlərdən uzaq dursunlar və hüququ müstəvidə onların cəzalandırılmasına nail olsunlar".

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh