Yol polisi bağçalarda maarifləndirmə işlərini davam etdirir - FOTO

Yol polisi 13 Sentyabr 2018 23:07 Oxunub 1664
Yol polisi bağçalarda maarifləndirmə işlərini davam etdirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaqlara yol hərəkəti qaydaları izah olunub

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev uşaqlar gələcəkdə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən küçə hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə rayonun məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Şəki şəhəri 19 saylı körpələr evi-uşaq bağçasında keçirilən tədbir zamanı, uşaqlara əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verilib.

 

Eləcə də, uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə edilib ki, uşaqların məktəblilər tərəfindən bağçalara ötürülməsinə imkan verilməsin. Uşaqlar bağçalara ancaq valideynlər tərəfindən aparılmalıdır. Valideynlər özləri də qaydalara əməl etməlidirlər. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdırlar. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdırlar.
Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə olunmuşdur ki, valideyn iclasları təşkil olunarkən, onların nəzərinə çatdırılsın ki, azyaşlı uşaqları küçə və yollara nəzarətsiz buraxmasınlar. Uşaqların velosiped və ya arabacıqlar sürmələri, topla oynamaları üçün nəqliyyat olmayan yerlərdən, qapalı ərazilərdən istifadə olunsun.
Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev, Şəki şəhəri 19 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə, uşaqlara svetofor və ya yol nişanları barədə şer və ya mahnıların öyrədilməməsini irad bildirib.


Daha sonra Tural Niftalıyev, cari ildə bununla 14-cü məktəbəqədər təhsil müəssisəsində görüş keçirildiyini və bu cür maarifləndirmə tədbirlərinin mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh