İt 500 funtluq sırğanı uddu

Maraqlı 14 Sentyabr 2018 08:00 Oxunub 1104
İt 500 funtluq sırğanı uddu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonda sırğa öz sahibəsinə qayıdıb

Şotlandiyanın Dandi şəhərindəki bir saç ustasının iti dəyəri 500 funt olan sırğanı udub. Avtosfer.az musvat.com-a istinadən xəbər verir ki, gözəllik salonunun müştərisi sırğasının itdiyini fərq edəndə saç ustası bütün evi ələk-vələk edib, amma heç nə tapa bilməyib. Bundan sonra bütün şübhələr itə yönəlib. Veterinar isə müəyyənləşdirib ki, bahalı bəzək əşyası itin mədəsindədir. Çixuaxua adlı itə mədəsindəkiləri qaytarmaq üçün xüsusi maye veriblər. Amma bu, sırğanı geri qaytarmağa imkan verməyib. Növbəti iki gün ərzində it sahibi bu kimi olaylar zamanı it sahiblərinin həyata keçirdiyi təcrübələri öyrənib. Nəticə isə uğurlu olub və sırğa öz sahibəsinə qayıdıb. 2016-cı ildə Sankt Peterburqda bir oğru polis tərəfindən yaxalananda brilyant qaşlı üzük udmuşdu. Polislər həmin vaxt həkimə müraciət etmək əvəzinə aptekdən xüsusi dərman alaraq, üzüyün oğrunun mədəsindən çıxarılmasına nail olmuşdular.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh