Millət vəkili motosikletlə F-16 qırıcısı ilə yarışacaq - FOTO

Avtosfer Foto 14 Sentyabr 2018 08:42 Oxunub 2002
Millət vəkili motosikletlə F-16 qırıcısı ilə yarışacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Dünyanın ən sürətli texnikaları arasında belə bir yarış keçirilməyib”

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının Sakaryadan seçilən millət vəkili Kənan Sofuğlu 3-cü hava limanının açılışı mərasimi üçün maraqlı layihəyə imza atacaq. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, deputat motosikletlə F-16 qırıcısına qarşı mübarizə aparacaq və yarışacaq. Dünya “Supersport” çempionu olan Kənan deyib: “Dünyanın ən böyük hava limanına yaraşan bir tanıtım həyata keçirəcəyik. F-16 qırıcısı ilə yarışmaq mənim arzumdur”. Plana əsasən, F-16 qırıcısı, sərnişin təyyarəsi, “Formula-1” bolidi, motosiklet və lüks idman avtomobili eyni anda bir-biri ilə yarışacaq. Kənan bildirib ki, bu günə qədər belə bir yarış dünyada keçirilməyib: “Dünyanın ən sürətli texnikaları arasında belə bir yarış keçirilməyib. Bunu ilk dəfə etmək istəyirik. Tədbirdən əvvəl sınaqlar olacaq”.

http://olke.az/uploads/1536846363/yutu3.jpg

http://olke.az/uploads/1536846363/yutu2.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh