Bu maşınlara yiyə duran tapılmır - Çürüyüb gedirlər - VIDEO

Avtosfer TV 14 Sentyabr 2018 11:14 Oxunub 2747
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi cərimə meydançaları böyük bir avtomobil qəbristanlığına çevrilir

Yol qəzaları zamanı əzilmiş avtomobillər cərimə meydançasına gətirilir. Bir çox hallarda isə həmin maşınlar illərdə dayanacaqda qalır. Sahibləri onları ya yararsız olduğu üçün, ya da üzərində cərimələr olduğundan götürmür. Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı hesab edir ki, bir çox hallarda sahibləri həmin avtomobilləri bilərəkdən götürmür. " Bəzən olur ki, avtomobildə şəxsin övladı, yaxud yaxın bir adamı həlak olur. Şəxs isə avtomobili istəmir. Onda sanki hər hansı bağlılıq yaranmır."

Yol polisi tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq həmin maşınlar dayanacdan aparılmır. Nəticədə isə bura böyük bir avtomobil qəbristanlığına çevrilir.

Avtosfer.az bununla bağlı videomaterialı təqdim edir:

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh