Yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı - VİDEO

Gündəm 14 Sentyabr 2018 14:34 Oxunub 2365
Yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşlar həftənin 6 günü saat 9-dan axşam saat 18:00-dək müraciət edə bilərlər

Bu gündən etibarən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilişi ərazi üzrə polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri ilə yanaşı, Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində də həyata keçiriləcək. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Bildirilib ki, Bakı şəhərində qeydiyyatda olan vətəndaşlar həftənin 6 günü saat 9-dan axşam saat 18:00-dək yeni nəsil şəxsiyyət vəsiqələri almaq üçün nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edə bilərlər. Qeyd edək ki, yeni vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilir. Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Dövlət Əmlak Məsələləri Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh