Şəkidə sürücülər maarifləndirildi - VIDEO

Yol polisi 14 Sentyabr 2018 20:26 Oxunub 1110
Şəkidə sürücülər maarifləndirildi - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində

2018-ci ilin 8 ayı (yanvar-avqust) ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 32 azyaşlının həlak olması, 119 nəfərin isə xəsarət alması ciddi narahatlıq doğurur.


Bu səbəbdən uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişlərinə əsasən 2018-ci ilin sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.


14 sentyabr 2018-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri ərazisində aylığın keçirilməsi barədə hərəkət iştirakçılarının məlumatlandırılması məqsədi ilə tədbir keçirmişdir. Tədbir zamanı 55 sürücü saxlanılaraq onlara maarifləndirici vərəqələr paylanmışdır. Sürücülərə təqdim edilən vərəqlərdə onların yaddaşlarını təzələmələri üçün, Yol Hərəkəti Haqqında Qanunun 54-cü maddəsi və Azərbaycan Respublikası İXM-nin 330.0.1 və 330.0.2-ci maddələri qeyd olunmuşdur.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi eləcə də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi aylıq ərəfəsində bütün təhlükəsizlik tədbirlərini həyata keçirəcək.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh