Bakıda qayda pozub özünü haqlı sayan piyadalar - VİDEO
Avtoreyd 15 Sentyabr 2018 00:19 436 dəfə oxunub
Bakıda qayda pozub özünü haqlı sayan piyadalar - VİDEO
Yol polis növbəti reyd keçirib

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin eləcə də Nərimanov və Yasamal rayon polis şöbələrinin əməkdaşları Bakı şəhərinin müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması məqsədilə reyd keçirib.

Avtosfer.az xəbər verir ki, reyd zamanı İnşaatçılar, Gənclik metrostansiyaların yaxınlığında, eləcə də Həsən Əliyev, Koroğlu Rəhimov küçələrində, Nərimanov rayonu ərazisində 100-ə yaxın piyada saxlanılıb. Onlarla maarifləndirici söhbətlər aparılıb. Əsasən, yaşlı insanlar yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmir və bunu yaş həddi ilə əlaqələndirirlər. Bəziləri xəstəliyini, bəziləri isə keçidlərin onlar üçün narahat olduğunu bəhanə ediblər.

Lakin YPX əməkdaşları onların hər biri ilə fərdi qaydada söhbət edərək yol hərəkəti haqqında qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumat veriblər.

Piyadalar isə qayda pozuntusudan peşiman olduqlarını, bir daha bu xətaya yol verməyəcəklərini desələr də budəfəki reydlərdə də aqressiv münasibət göstərən piyadalar olub. Onlar hətta hər gün qaydaları pozduqlarını və bundan sonra da davam edəcəklərini bildiriblər. YPX əməkdaşları həmin piyadalara inzibati qaydada protokol tərtib edib, onlara xəbərdarlıq olunub. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Avtosfer.az-a bildirib ki, bu cür tədbirlər İdarə rəhbərliyinin göstərişi ilə təbliğat məqsədilə keçirilir. R. Quliyev onu da əlavə edib ki, piyadavurmaların sayı azalsa da bu rəqəmlər yol polisini hələ də narahat edir. Ona görə də bu rəqəmlərin sayını minimuma endirmək məqsədilə təbliğat işləri gücləndirilib və davam etdiriləcək.

Elməddin Muradlı

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh