Maşın bazarında qiymət artmağa başlayıb

Avtobazar 15 Sentyabr 2018 14:07 Oxunub 1740
Maşın bazarında qiymət artmağa başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin avqust ayında

Azərbaycanda bu ilin avqust ayında minik avtomobilləri 0,8% bahalaşıb. Velosipedlərin qiymətində isə 0,1% artım qeydə alınıb. Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Minik avtomobilləri yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymət sabit qalıb, may-iyun aylarında isə hər ay üzrə 0,1% bahalaşıb, daha sonrakı ayda isə 0,2% ucuzlaşma ilə əvəzlənib. Velosipedlərin qiyməti isə yanvarda 0,7% bahalaşıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1%, may ayında 0,3%, iyunda 0,2%, iyulda 0,1% artıb. Rəsmi statistikaya əsasən, avqustda 1 minik avtomobili üçün orta qiymət 35 139 manat, velosiped üçün isə 163 manat təşkil edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh