Maşın yaşlı qadının üzərinə aşdı: ölən və yaralanan var - Şirvanda - FOTO

Avtosfer Foto 15 Sentyabr 2018 23:38 Oxunub 3838
Maşın yaşlı qadının üzərinə aşdı: ölən və yaralanan var - Şirvanda - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yüksək sürətlə hərəkətdə olan "BMW" zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan "BMW" markalı "10-ZP-823" dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb. Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Adışova Güldəstə Səfərqulu qızı ölüb. Maşının 1990-cı il təvəllüdlü sürücüsü Əhədov İmran Səxavət oğlu xəsarət alaraq xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh