Piyadalara qarşı reyd keçirildi: 35 nəfər cərimələnib - FOTO

Yol polisi 16 Sentyabr 2018 09:31 Oxunub 1824
Piyadalara qarşı reyd keçirildi: 35 nəfər cərimələnib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyd ərzində 60-a yaxın qayda pozucusu saxlanılaraq onlarla xəbərdaredici söhbətlər aparılıb

Mingəçevir şəhərində keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan piyadalara xəbərdarlıq edilib. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, axşam saatlarına təsadüf edən reyd şəhərin Heydər Əliyev prospektində, Nərimanov, 20 Yanvar və onlarla kəsişən küçələrdə həyata keçirilib. Reydin məqsədi yol hərəkəti qaydalarını pozaraq qəza vəziyyəti yaradan piyadaların müəyyən edilməsi və maarifləndirilməsi olub. Reyd ərzində 60-a yaxın qayda pozucusu saxlanılaraq onlarla xəbərdaredici söhbətlər aparılıb. Eyni zamanda 35 qayda pozucusuna yol polisi əməkdaşları tərəfindən inzibati protokollar tərtib edilib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər və velosipedçilər də aşkarlanaraq onlara qarşı müvafiq tədbirlər görülüb. Ən əsası isə yol polisi əməkdaşları ehtiyac yarandığı hallarda təkbaşına dolaşan azyaşlıların əlindən tutaraq yolu müəyyən olunmuş hissədən keçmələrinə yardım edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh