Hemilton Sinqapur Qran-Prisinin qalibi oldu - FOTO

Yarışma 17 Sentyabr 2018 07:33 Oxunub 1456
Hemilton Sinqapur Qran-Prisinin qalibi oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üçüncü isə “Ferrari” komandasını təmsil edən alman pilot Sebastyan Fettel olub

"Mercedes” komandasının Böyük Britaniyalı pilotu Lyuis Hemilton Formula-1 yarışmasının Sinqapur Qran-Prisinin qalibi olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, finiş xəttinə ikinсi “Red Bull” komandasının pilotu Maks Ferstappen çatıb. Üçüncü isə “Ferrari” komandasını təmsil edən alman pilot Sebastyan Fettel olub. Bu Lyuis Hemiltonun Sinqapur Qran-Prisinində 4-cü qələbəsidir (2009, 2014, 2017 və 2018-ci illər). Hemilton 281 xal toplayaraq ümumi hesabda liderliyini möhkəmlədib. Fettel 241 xalla ikinci, Kimi Raykkonen (“Ferrari” komandasının finlandiyalı pilotu) isə 174 xalla üçüncüdür.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh