3 min illik batareya, 2 min illik buxar maşını - Əfsanələrdəki texnoloji həqiqətlər

Maraqlı 17 Sentyabr 2018 23:00 Oxunub 1635
3 min illik batareya, 2 min illik buxar maşını - Əfsanələrdəki texnoloji həqiqətlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1698-ci ildə britaniyalı hərbçi, mühəndis Tomas Severi buxar maşınını patentləşdirdi

Qədim əfsanələrdə müxtəlif texnologiyalar barədə məlumatlar var. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, bu əfsanələrin bir çoxunda həqiqət payı olduğu üzə çıxıb. Məsələn, vikinqlər dənizdə günəş daşı ilə hərəkət edir, parfiyalılar elektrikdən məlumatı var idi, qədim yunanlar isə buxarla işləyən maşınlar kəşf etmişdilər. Son illər tapılan arxeoloji artefaktlar min illər əvvəl yaşayan insanların texnikaya sahib olduğundan məlumat verir.

Səhəngdən hazırlanmış batareya

1938-ci ildə Bağdad yaxınlığında aparılan qazıntılar da avstriyalı arxeoloq Vilhelm Keniq yumruq boyda gildən hazırlanmış səhəng tapır. Qabın boğazına bitium tökülmüşdü. İçində isə misdən hazırlanmış yarpaqlar və dəmir var idi. Metalın üzərindəki korroziya qabın içində nə vaxtsa turşu olduğundan xəbər verir. Keniq başa düşür ki, 3 min il yaşı olan elektrik batareya tapıb. Amma bu, ciddi qəbul edilmədi. 50 il sonra ABŞ-ın Smit kollecinin tələbələri professor Marjori Seneşalın rəhbərliyi altında “Bağdad” batareyasının eynisini hazırlayır. Batareya 1.1 volt cərəyan verir. Hazırda Bağdadda 12 belə səhəng tapılıb. Onların hansı məqsədlə istifadə edildiyi məlum deyil. Keniqin fikrinə görə, parfiyalılar batareyanln köməyi ilə müxtəlif sənət işləri görürdülər. Amma almaniyalı arxeoloq bildirib ki, müasir İraqın ərazisində yaşayan qədim xalqlar sinklə tanış deyildilər və belə sənətkarlıq işləri ilə məşğul olmurdular. Kanadalı tarixçi Pol Keyzer isə bildirib ki, bu, batareya deyil, ağrıkəsici prosedurdur. Britaniyalı tədqiqatçı Pol Kreddokun versiyasına əsasən, bu artefaktdan dini ayinlərdə istifadə ediblər. Tanrı heykəllərini bu qaba qoyurdular və insanlar ona toxunurdular və onları tok vururdu.

2 min illik buxar maşını

İlk dəfə buxarla işləyən maşınlar XVII əsrdə təqdim edilib. 1698-ci ildə britaniyalı hərbçi, mühəndis Tomas Severi buxar maşınını patentləşdirdi. Amma İskəndəriyyəli Qeronun əsərinə əsasən, buxarla çalışan maşın 2 min il əvvəl Yunanıstanda icad olunmuşdu. Qeron tərəfindən hazırlanan eolipil adlı qurğu öz oxu ətrafında buxar sayəsində fırlanan maşın idi. Bu qurğu dəqiqədə 1500 dövr edirdi.

Qədim yunan kompüteri

Qədim yunanların kompüteri də olub. Bu, 30dan çox dişli çarx, bir neçə siferblat və əqrəbdən hazırlanmış qurğu idi. Onun hesabına yunanlar səma cisimlərinin hərəkətini hesablayır və astronomik hadisələrin dəqiq tarixini bilirdilər. Ədəbiyyatda bu barədə məlumat olsa da, ilk dəfə XX əsrdə Yunanıstanın Antikitera adası yaxınlığında batan Roma gəmisində rast gəlinib. Arxeoloqlar gəmidən qurğunun bəzi hissələrini çıxardılar.

Vikinqlərin sirli daşı

Orta əsrlərə aid skandinaviya saqalarında günəş daşından söz açılır. Vikinqlər bu daş sayəsində dənizlərdə üzürdülər. Uzun illər bu məlumata ciddi yanaşılmadı. Amma 1967-ci ildə danimarkalı arxeoloq Torkild Ramskou müəyyən etdi ki, sirli daş İsland şpatının kristalıdır. Bu şəffaf mineral adi və digər işıqları ayıra bilir. Əgər onun üzərinə lazer şüası salsaq, şüa genişlənir və biri daşın ortasından keçir. Vikinqlər bu üsulla hətta buludlu günlərdə də günəşin yerini müəyyən edirdilər. Əgər günəşin yerini bilsən, işığın da tərəfini müəyyən etmək olur. Günəş günorta vaxtı cənub nöqtəsində olur. İngiltərə kraliçası I Yelizavetanın batmış gəmisində də kompasın yanında belə bir kristal tapılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh