Bakının nəqliyyat sistemində VACİB YENİLİK – Təzə kameralar nəyi çəkəcək?

Yeniliklər 17 Sentyabr 2018 20:57 Oxunub 1688
Bakının nəqliyyat sistemində VACİB YENİLİK – Təzə kameralar nəyi çəkəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxın vaxtlarda Bakının mərkəzi hissələrindəki bütün avtobus dayanacaqlarında yeni müşahidə kameraları quraşdırılacaq

Bakıda minik avtomobillərinin, xüsusi ilə taksilərin avtobus dayanacaqlarının ərazisini zəbt etməsi adi hal alıb. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus daşıyıcılarının və sərnişinlərin ciddi narahatlığına səbəb olan bu məsələni birdəfəlik həll etmək üçün tədbirlər planı hazırlayıb. Belə ki, yaxın vaxtlarda Bakının mərkəzi hissələrindəki bütün avtobus dayanacaqlarında yeni müşahidə kameraları quraşdırılacaq və bu kameralar dayanacaqların ərazisini zəbt edən avtomobilləri çəkərək elektron protokollar tərtib edəcək. Bildirilir ki, dayanacaqların ərazisini zəbt edən maşınların sürücülərinin kütləvi cərimələnməsi bu məsələnin aradan qaldırılmasında böyük rol oynayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh