Ali Məhkəmə dönərxana sahibinin şikayətini təmin etmədi - Qərar sakinlərin xeyirinədir!
Oxucu məktubları 18 Sentyabr 2018 14:42 1090 dəfə oxunub
Ali Məhkəmə dönərxana sahibinin şikayətini təmin etmədi - Qərar sakinlərin xeyirinədir!
Bundan əvvəlki məhkəmələrdə verilən qərarı qüvvədə saxlayıb

Uzun zamandır Bakı şəhəri Səbail rayonu Rəsul Rza küçəsi ev 19 ünvanında yaşan sakinlərlə həmin binanın bir girişi olmağını nəzərə almayaraq orada dönərxana obyekti tikdirib ümumi girişinin demək olar bütün hissəsini bağlayan şəxslə məhkəmə prosesləri davam edir. Bütün məhkəmə proseslərində obyektin qanunsuz tikinti olduğu təsdiqlənib. Sakinlərin xeyirinə qərar çıxarıldığı halda dönərxana sahibi son olaraq bu qərarlardan Ali Məhkəməyə kassasiya şikayət ünvanlayıb.

Nəhayət, Ali Məhkəmədə görüşən sakinlərlə dönərxana sahibi bu dəfədə məhkəməni uduzub. Belə ki, Ali Məhkəmə dönərxana sahibinin şikayətini təmin etməyərək, bundan əvvəlki məhkəmələrdə verilən qərarı qüvvədə saxlayıb. Bu barədə sakinlərə Aparat rəhbərinin müavini Orxan Musayev yazılı şəkildə məhkəmənin qərarından xəbər verib.

Qeyd edək ki, dönərxana binanın tək girişi olmağına baxmayaraq inşa edilib və obyekt kimi istifadə edilir. Dönərxana binanın həyətinə daxil olan sakinlərə çətinlik yaradır, o cümlədən yanğınsöndürən, təcili yardım avtomobilləri başda olmaqla bütün avtomobillərin daxil olmasına imkan vermirdi.

 

press.az

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh