Kosmosa səyahət edəcək ilk turist o seçildi - VİDEO

Yeniliklər 18 Sentyabr 2018 22:44 Oxunub 1304
Kosmosa səyahət edəcək ilk turist o seçildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Forbes” jurnalının qiymətləndirməsinə görə, onun sərvəti 2,9 milyard dollar təşkil edir

“SpaceX” şirkətinin təsisçisi və baş direktoru İlon Mask “Big Falcon Rocket” korporasiyasının kosmik gəmisində Ay ətrafına səyahətə göndəriləcək ilk kosmik turisti ictimaiyyətə təqdim edib. Avtosfer.az ICTnews-a istinadən xənət verir ki, ilk kosmik turist yapon milyarder Yusaku Maedzava seçilib. Bir həftəyə yaxın davam edəcək uçuşun 2023-cü ildə baş tutacağı gözlənilir. Kosmik gəmini yaponiyalı iş adamı ilə birlikdə Ay orbitinə çıxaracaq “BFR” raketdaşıyıcısı hazırda istehsal mərhələsindədir. Qeyd edək ki, Yusaku Maedzava “Zozo” internet geyim mağazasının yaradıcısıdır. “Forbes” jurnalının qiymətləndirməsinə görə, onun sərvəti 2,9 milyard dollar təşkil edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh