Azərbaycan yollarında 3D formatlı piyada zolağı – FOTO + VİDEO

Yeniliklər 19 Sentyabr 2018 13:36 Oxunub 6225
Azərbaycan yollarında 3D formatlı piyada zolağı – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə piyada zolaqlarının digər küçə və prospektlərdə də çəkilməsi nəzərdə tutulur

Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, yenilik ilk dəfə Naxçıvan şəhərində tətbiq edilib. Bu ilin əvvəlindən Naxçıvanda bir çox yolların yenidən qurulması işlərinə başlanılıb. Bir müddət əvvəl isə şəhərin mərkəzi prospektlərindən biri - Heydər Əliyev prospektində yenidənqurma işləri yekunlaşdırılıb. Prospektdə, həmçinin Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqları çəkilib. Belə piyada zolaqlarının digər küçə və prospektlərdə də çəkilməsi nəzərdə tutulur. Qeyd edək ki, 3D formatlı zolaqların yolda qoyulmuş bordür effekti yaratması piyadaların həmin zolaqlardan daha təhlükəsiz istifadəsinə imkan verir.

https://cdn.trend.az/media/pictures/2018/09/19/yol_190918.jpg

https://cdn.trend.az/media/pictures/2018/09/19/yol_190918_03.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh