Şəkidə “Diqqət, uşaqlar!” aylığı ilə bağlı tədbir keçirilib - FOTO

Yol polisi 19 Sentyabr 2018 16:53 Oxunub 1377
Şəkidə “Diqqət, uşaqlar!” aylığı ilə bağlı tədbir keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Piyadanın vəzifələri”yazılmış vərəqələr paylanıb

Sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri ərazisində aylığın keçirilməsi barədə sürücülərin məlumatlandırılması məqsədilə Şəki şəhəri 8 saylı Beynəlmiləl tam orta məktəbində tədbir keçirib.

Tədbirin məhz Şəki şəhəri 8 saylı Beynəlmiləl tam orta məktəbində keçirilməsinin məqsədinin, bu məktəbin Şəki şəhəri Sabit Rəhman küçəsində yerləşməsi və Şəki bazarınında həmin ərazidə olması səbəbindən, bu küçənin xidməti ərazidə hərəkətin intensivliyinin ən yüksək olduğu bir ərazi olması, bununla yanaşı bu məktəbin nəinki rayonda, hətta regionda şagird sayına görə (hazırlıq qrupunda təhsil alan uşaqlarla birlikdə, bu məktəbdə 1400-ə yaxın şagird təhsil alır) ən böyük ümumtəhsil müəssisəsi olmasının nəzərə alındığı qeyd olunub.

Tədbir zamanı, şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və hər birinə yol hərəkəti haqqında qanunun 40-cı maddəsi, “Piyadanın vəzifələri”yazılmış vərəqələr paylanıb.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh