Keçmiş nazir Xəzər sahilini "işğal edib"  - VIDEO
Oxucu məktubları 19 Sentyabr 2018 17:40 615 dəfə oxunub
Keçmiş nazir Xəzər sahilini "işğal edib"  - VIDEO
Keçmiş nazirin restoranı Çin səddi kimi ərazini tutub

Xəzər dənizinin oliqarxların mühasirəsindən xilası üçün imkan yaranıb. Belə ki, prezident İlham Əliyevin "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanla Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Xəzərin hasarlanması məsələsinə xüsusi diqqət ayırdığı və Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarında ayrı-ayrı şəxslər tərəfindən qeyri-qanuni tikinti və hasarlama işlərinin aparılması, əsassız torpaq sahələrinin zəbt olunması hallarını müəyyənləşdirdiyi bildirilir. Oliqarxların narahat, əhalinin isə sevinclə qarşıladığı bu qərar sabiq nazir, Azərbaycana İsmayıllı hadisələri kimi ağır günlər yaşatmış Ələkbərovlar ailəsinin ağsaqqalı Füzuli Ələkbərova da aid ediləcəkmi? Dosye Füzuli Ələkbərov kimdir? Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri.

"İmprotex” imperiyasının qurucusu və prezidenti. Məsələ bu qədər bəsit də deyil. Azərbaycanda ilk özəl avia şirkətin - "İmair”in yaradılması da məhz "İmprotex”in adıyla bağlıdır. Ələkbərovun nazir təyin olunmasından sonra isə "İmprotex Group” fəaliyyətini daha da genişləndirir. Şirkətin idarə heyətinin sədri postuna Ələkbərovun həyat yoldaşı İradə Ələkbərova gətirilib. Keçmiş nazirin çox sayda yaxın qohumu - Elşən Ələkbərov, Vüqar Ələkbərov, Həsən Ələkbərov, Elxan Ələkbərov şirkətdə mühüm vəzifələr tutub. Füzuli Ələkbərova məxsus "İmprotex Distribution Center" isə 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğuldur. Brook Bond çaylarının yayılması ilə öz fəaliyyətinə başlayan şirkət əhatə dairəsini genişləndirə bilib. Onun əməkdaşlıq etdiyi biznes qurumları içərisində "Gillette Group”, "Unilever”, "Vestel”, "Scarlet”, "Philips” kimi şirkətlər olub. Bu şirkət ölkədə uzun müddət "Rexona", "Dove", "Axe" dezodorantları; "Lux", "Dove" maye və quru sabunları, saça baxım vasitələri - "Sunsilk", "Dove", "Timotei" şampun və kremləri, məişət kimyası - "Domestos", "OMO", ağız boşluğuna baxım vasitələri - "Pepsodent", "Signal" diş məsunları və diş fırçalarının satışını həyata keçirib.

F.Ələkbərov avtomobil bazarında da pay sahibi olub. 2004-cü ildən "İmprotex” Şirkətlər Qrupunun Azərbaycanda yeni layihəsi olan MAN yük avtomobilləri üzrə işçi qrupu fəaliyyətə başlayıb. Bu işçi qrupunun fəaliyyətinin ilk addımı olaraq Azərbaycana yeni MAN TGA yük avtomobilləri gətirilib. "İmprotex” Şirkətlər Qrupu müştərilərin ehtiyaclarına və texniki tələblərinə əsaslanaraq MAN yük avtomobilləri üçün cari təmir mərkəzi də açıb. Avropanın ən müasir standartlarına cavab verən Euro-3, Euro-4 mühərrikli MAN avtomobillərini ancaq sabiq nazirin şirkəti satıb. Keçmiş nazirin "İmproteks Motors" şirkəti 1998-ci ilin mart ayında BMW AG Konserninin Azərbaycanda rəsmi idxalçısı kimi yaradılıb. Füzuli Ələkbərova məxsus "İmprotex Distribution Center" isə 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğuldur. Brook Bond çaylarının yayılması ilə öz fəaliyyətinə başlayan şirkət əhatə dairəsini genişləndirə bilib. Bu şirkət ölkədə uzun müddət "Rexona", "Dove", "Axe" dezodorantları; "Lux", "Dove" maye və quru sabunları, saça baxım vasitələri - "Sunsilk", "Dove", "Timotei" şampun və kremləri, məişət kimyası - "Domestos", "OMO", ağız boşluğuna baxım vasitələri - "Pepsodent", "Signal" diş məsunları və diş fırçalarının satışını həyata keçirib. Füzuli Ələkbərovun daha bir şirkəti – 1994-cü ildə yaradılan "İmproteks Treydinq" müasir qadın geyimləri, mətbəx ləvazimatları, nüfuzlu İtaliya brendlərinin satışı ilə məşğul olub. Onun vasitəsilə ölkəyə gətirilən mallar Bakı şəhərində şirkətə məxsus olan "İmproşop" mağazalar şəbəkəsində satılıb.

Bundan başqa, İtaliyadan ev və mebel aksessuarları istehsalı ilə məşğul olan -VG New trend, EDG, Villari, Le Bouquet, Pernici markalarının məhsullarını, o cümlədən Fransa istehsalı olan mətbəx ləvazimatları "Luminarc", Çin istehsalı "Noritake", alman istehsalı "Seltmann" markalı malları həddən artıq yüksək qiymətlə bazara çıxarıb. Bu qədər Füzli Ələkbərovun biznes imperiyası ilə bağlı rəsmi məlumatlardır. Ki, bunu daha da uzatmaq mümkündür. Fəqət aysberqin bir də görünməyən tərəfi var. Bu tərəf ilk dəfə İsmayıllıda üzə çıxdı. Tarixə İsmayıllı hadisələri kimi keçən olaylar 23 yanvar 2013-cü ildə başladı. Füzuli Ələkbərovun oğlu Vüqar "Hammer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döydü. Rayon sakinləri buna mane olmağa çalışsa da, Füzuli Ələkbərovun oğlu və dostları İsmayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlərin həmin şəxsləri döyüb və Ələkbərova məxsus olan Çıraq hotelini və Hammer markalı maşını yandırdılar.

Sakinlərin Çıraq hotelini yandırmalarının əsas səbəblərindən biri də həmin hotelin əslində varlı məmur övladları tərəfindən əxlaqsızlıq yuvası kimi istifadə etmələri idi. Daha sonra mitinq keçirən 3 min nəfərdən çox rayon sakini icra hakimiyyəti binasına doğru yürüş etdilər. Etiraz edən sakinlərə qarşı qoşunlar avtomat atıcı silahlardan, rezin güllələrdən, su şırnağından və gözyaşardıcı qazdan istifadə ediblər. İki gün davam edən qarşıdurmalar zamanı çoxlu sayda polis, əsgər, xüsusi təyinatlı döyüşçü və yerli sakinlər yaralanıb, onlarla sakin həbs edilib. Şəhərdə komendant saatı tətbiq edilib, küçəyə çıxan hər bir sakin dərhal polis və ordu tərəfindən həbs edilib. Yalnız bu tip sərt tədbirlər nəticəsində xalq üsyanının qarşısını almaq mümkün olub. Hadisədən bir neçə həftə sonra icra başçısı, Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Bir neçə ay sonra isə Vüqar Ələkbərovun atası Füzuli Ələkbərov da tutduğu vəzifədən uzaqlaşdırıldı. Vəzifədə olduğu müddətdə nazirliyin rüşvət bataqlığına döndüyü ilə bağlı dövrü mətbuatda xeyli ittihamlar səsləndirilib. Vəzifədən çıxarıldıqdan sonra da F.Ələkbərovun rüşvət mexanizmi uzun müddət müzakirə mövzusu olub. Haşiyə Füzuli Ələkbərovun zamanında ƏƏSMN-də antikorrupsiya prosesində iz itirilməsi, həm də kampaniya nəticəsində gəlir itkisini daxili korrupsiya hesabına aradan qaldırılmaq metodundan istifadə edilib. Struktur dəyişikliyi adı altında yeni regional bölmələr yaradılaraq vəzifələr hərraca çıxarılıb. Bakı regionu üzrə olan bölmələrin sayı 4-dən 6-ya, digər regionlar üzrə olan bölmələr 17-dən 22-yə qaldırıldı. Nəticə etibarilə müəyyən olunmuş qiymətlər belədir:

• Bakı regionu üzrə rəis olmaq üçün 50-70 min manat

• Bakı regionu üzrə rəis müavinləri 10-15 min manat

• Bakı regionu üzrə baş əmək müfəttişləri 5-8 min manat

• Bakı regionu üzrə əmək müfəttişləri 4-5 min manat

Digər regional bölmələr üzrə:

• rəis olmaq üçün 30-50 min manat

• rəis müavinləri 5-10 min manat

• baş əmək müfəttişləri 3-5 min manat.

Beləliklə, mövzudan xeyli uzaqlaşsaq da, Füzuli Ələkbərov barədə dəyərli oxucuda rəy formalaşdıra bildik. İndi isə dəniz kənarının işğalına qayıdaq. F.Ələkbərov yaşadığı Sahil qəsəbəsini rəsmən iki yerə bölüb. "Primorski” də adlandırılan kiçik qəsəbə əslində Ələkbərovların Azərbaycana ikinci "İsmayıllı hədiyyəsi” olması mümkündür. Belə ki, qəsəbədə az qala hər daşın sahibi olmaqla bərabər dənizə gedən yolu "şlaqbaum”la kəsən Ələkbərovlar dənizi də rəsmən işğal ediblər. Belə ki, dənizin sahilində gəzmək istəyən insanlar gərək yüz metrə dənizə girərək, üzə-üzə sabiq nazirə məxsus "Batabat” restoranının ətrafından fırlansınlar, ya da tamamən qəsəbənin içinə doğru gedib, kilometrlərlə məsafə qət edərək, "Batabat”ın digər tərəfinə keçsinlər. Çünki nazirin restoranı Çin səddi kimi ərazini işğal edib.

Yəqin ki, dövlət Sahil qəsəbəsində insanların əsəbləri ilə oynayan, eynilə İsmayıllıda olduğu kimi sadə vətəndaşlara təhqiramiz münasibət sərgiləyən Ələkbərovların bu özbaşınalığına "dur” deyəcək və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də Xəzəri "batabat”a salan "Çin səddi”ni yerlə-yeksan edəcək. Bu bütün sahillilərin arzusudur. Mövzu diqqətimizdədir...

Veteninfo.az

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh