Maşın atı vuraraq aşdı: 3 nəfərə xəsarət alıb - FOTO

Qəzalar 20 Sentyabr 2018 06:44 Oxunub 676
Maşın atı vuraraq aşdı: 3 nəfərə xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun İravanlı kəndində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qəflətən qarşısına çıxan atı vurub və nəticədə yol kənarına aşıb. Qəza zamanı Goranboy rayon sakinləri - 1994-cü il təvəllüdlü Tanrıverdi Orucov, 1995-ci il təvəllüdlü Elnur Zeynalov və 1993-cü il təvəllüdlü Asif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Bunlardan T.Orucovun vəziyyəti ağır, digər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Avtomobilin vurduğu at isə ölüb. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh