Tarixin ən fantastik "Ferrari"si göstərildi - VİDEO

Avtodünya 20 Sentyabr 2018 09:11 Oxunub 1599
Tarixin ən fantastik "Ferrari"si göstərildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər modeldən satışa cəmi 200 maşın çıxarılacaq

İtaliyanın Ferrari avtokonserni Maranello şəhərindəki baş ofisində qapalı mərasim təşkil edərək iki yeni avtomobil modelini təqdim edib. Avtosfer.az milli.az-a istinadən bildirir ki, bu maşınlar 1950-ci illərin yarış Ferrari-ləri stilində hazırlanmış Ferrari Monza SP1 və Ferrari Monza SP2 barkettləridir. Hər modeldən satışa cəmi 200 maşın çıxarılacaq. Monza SP1 modelində sərnişin oturacaqları, ümumiyyətlə, yoxdur. SP1 və SP2-dəFerrari 812 Superfast modelinin idarəetmə vasitələri, oturacaqları, ön şüşəsi var. Rodster tipli maşınlar 6,5 litr həcmli V12 mühərrikləri ilə təchiz olunublar. 7 pilləli sürətlər qutusuna birləşdirilmiş mühərrik 800 at gücündədir. 340 km/saat maksimal sürətli modellər 100 km/saat sürəti 2,9 saniyədə əldə edir. SP1 və SP2 modelləri Parisdə keçiriləcək beynəlxalq avtosalonda nümayiş olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh