Sərnişinləri təhlükəyə atan avtobus sürücüsü işdən çıxarıldı - FOTO + VİDEO

Gündəm 20 Sentyabr 2018 09:34 Oxunub 1062
Sərnişinləri təhlükəyə atan avtobus sürücüsü işdən çıxarıldı - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O nəqliyyatın gur vaxtında bir neçə dəfə qarşı hərəkət zolağına çıxmaqla təhlükəli vəziyyət yaradıb

 

Bakının Yasamal rayonu ərazisində 211 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücsü işdən çıxarılıb. Avtosfer.az xəbər verir ki, bu barədə realtv.az saytına Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. BNA-dan bildirilib ki, məsələ ilə bağlı realtv.az saytında gedən məlumat dərhal nəzarətə götürüldü. Və daşıyıcı BNA-ya çağırıldı. Sürücü Mahmudov İlkin Famil oğlu sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verdiyi üçün daşıyıcı tərəfindən dərhal işdən azad edilib. Xatırladaq ki, sentyabrın 19-da Bakının Yasamal rayonunda 211 saylı marşrut üzrə hərəkət edən 10 TF 967 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobus səhər saatlarında - nəqliyyatın gur vaxtında bir neçə dəfə qarşı hərəkət zolağına çıxmaqla təhlükəli vəziyyət yaradıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh