Bakıda yolu səliqəsiz təmir edənlər cəzalandırıldı - FOTO

Gündəm 20 Sentyabr 2018 10:11 Oxunub 1273
Bakıda yolu səliqəsiz təmir edənlər cəzalandırıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Fotonu yayan şəxsə minnətdarıq”

Binə qəsəbəsində səliqəsiz təmir işləri aparan işçilər cəzalanıb. Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, Binə qəsəbəsinin daxili küçələrində artıq bir neçə gündür ki, çala təmiri işləri aparılır: “Sosial şəbəkələrdə ötən gün həmin ərazidən bir foto paylaşıldı. Məsələ barədə agentliyin müvafiq şöbəsinə məlumat verildi. O cür səliqəsiz təmir işi aparan iş icraçıları cəzalandırıldı və nöqsan elə həmin gün aradan qaldırıldı”. Anar Nəcəfli qeyd edib ki, bəzən aparılan işlərə, xüsusən də bu cür xırda təmir işlərinin hamısına nəzarət etmək olduqca çətindir: “Buna görə işlərimizin daha məsuliyyətli və keyfiyyətli aparılması üçün bu cür ictimai nəzarət olduqca vacibdir. Həmin fotonu yayan şəxsə minnətdarıq”. Qeyd edək ki, dünən sosial şəbəkədə Binə qəsəbəsində səliqəsiz təmir işləri aparılması barədə paylaşılan foto müzakirələrə səbəb olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh