Mobil telefonlar üçün rüsum qüvvəyə mindi

Gündəm 20 Sentyabr 2018 10:25 Oxunub 638
Mobil telefonlar üçün rüsum qüvvəyə mindi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb

Mobil cihazların qeydiyyatının aparılması qaydasında dəyişiklik edilib. Avtosfer.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.  Qərara əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh