5 nəfərin ölümünə görə 10 il cəza alan sürücü günahsız çıxdı - Bəraət verilib
Qaydalar 20 Sentyabr 2018 10:42 250 dəfə oxunub
5 nəfərin ölümünə görə 10 il cəza alan sürücü günahsız çıxdı - Bəraət verilib
Hakim Etibar Camalovun sədrliyi ilə şikayət araşdırılıb və təqsirləndirilən şəxsin günahı sübuta yetirilməyib

Şirvan Apellyasiya Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilərək həbs edilən sürücü Zakir Əliyevin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Etibar Camalovun sədrliyi ilə şikayət araşdırılıb və təqsirləndirilən şəxsin günahı sübuta yetirilməyib. Məhkəmənin qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ləğv edilib və təqsirləndirilən şəxs Z.Əliyevə bəraət verilərək məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il sentyabrın 19-da saat 20 radələrində Salyan rayonunun Sarvan kəndi ərazisində Saatlı rayon sakini Babək Hüseynovun idarə etdiyi “VAZ-2106” və Cəlilabad rayon sakini Zakir Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə B.Hüseynovun sərnişinləri - Salyan rayon sakinləri Arzu Əhmədova, Gilas Əhmədova, Sevinc Baxşıyeva və Vəfa Əhmədova hadisə yerində, bir nəfər isə xəstəxanada dünyasını dəyişib. Hadisə nəticəsində Z.Əliyev və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh